Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbi növbəti uğura imza atıb. Sumqayıt24 bu haqda bu gün, 29 mart tarixində Regional Mədəniyyət İdarəsinə istinadən yazır.
Belə ki, sözügedən məktəbin fortepiano şöbəsinin 3-cü sinif şagirdi Gülxar Hüseynli Gürcüstanda onlayn formatda keçirilən M. Altunasvili və M. Panıaşvili adına 7-ci beynəlxalq müsabiqəyə qatılıb. Nəticədə o, 1-ci yerə layiq görülüb və diplomla təltif olunub.
Onu hazırlayan müəllim Rufana Zülfüqarovadır.