Sumqayıt uşaq musiqi məktəbinin şagirdi Türkiyədə keçirilən festivalda müklafatlandırılıb. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Q. Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 6-cı sinif şagirdi Aytac Vəlizadə “Harmoniya” adlı Beynəlxaq Müsabiqə-Festivalda iştirak edib. Nəticədə o, 3-cü yeri tutub və diploma layiq görülüb.
Aytacı müsabiqəyə hazırlayan müəllimi Sevda Məcidova təşəkkürnamə ilə təltif olunub.