Sumqayıtın uşaq incəsənət məktəbi “New Art Stars” müsabiqəsində uğurla təmsil olunub. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin şagirdləri Qazaxıstanın Nursultan şəhərində onlayn formatda keçirilən müsabiqədə iştirak edib. Nəticədə Çilənay Hacızadə 3-cü, Sürəyya Hümbətzadə, Fidan Qasımsoy və Arzu Şeydayeva 2-ci, Mehin İntiqam qızı 1-ci dərəcəli Laureat adını, Yaxşıxanım Əhmədova isə Diplomant adını qazanaraq diplomla təltif ediliblər.
Onları müsabiqəyə Ramilə Rəhimova və Nurlana Həsənova hazırlayıblar.