Sumqayıt incəsənət məktəbinin şagirdləri “World talents” adlı Beynəlxalq çoxjanrlı müsabiqədə uğur qazanıblar. Sumqayıt24 bu barədə Regional Mədəniyyət İdarəsinə istinadən yazır.
Müsabiqə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilib. Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin fortepianoçuları - 2-ci sinif şagirdləri Nərgiz Babalı, Turana Yusifli və 3-cü sinif şagirdi Zəhra Əlizadə 1-ci və 2-ci dərəcəli diplomlara layiq görülüblər.
Onların müəllimləri Könül Məmmədova və Könül Ağayeva isə təşəkkürnamə ilə təltif olunublar.