Müqəddəs Ramazan ayı ilə əlaqədar aztəminatlı və fiziki qüsurlu ailələrə bayram sovqatı paylanılıb. Sumqayıt24 bu haqda bu gün, 3 may tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Məlumata əsasən, təşəbbüs "Sumqayıt" FK və "Azeri Express"-in birgə təşkilatçılığı ilə həyata keçirilib. Görüşdə klubun futbolçuları və poçtun əməkdaşları iştirak edib, sovqatları paylayıblar.