Sumqayıtlı gənc Kiyev şəhərində zirzəmidə qalır. Sumqayıt24 bu haqda bu gün, 3 mart Oxu.az-a istinadən xəbər verir.
Həmyerlimiz Camal Əliyevin sözlərinə görə, Kiyev hər gün bombalanır, atılan raketlər isə yanlarına düşür.
“Mən Sumqayıt şəhərində doğulub, böyümüşəm. Kiyevdə təhsil aldıqdan sonra burada yaşayıram. Axsam saat 19:00-dan səhər saat 08:00-a kimi küçəyə çıxmırıq. Dostlarımla burada insanlara kömək etməyə çalışırıq. Buradan soydaşlarımız çətinliklə çıxdılar və sərhəd-keçid məntəqələrində gözləyirlər. Biz hələ çıxmağı düşünmürük”, - deyə Camal bildirib.