Sumqayıt uşaq incəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqədə növbəti uğuru qazanıb. Sumqayıt24 bu haqda bu gün, 16 mart tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, musiqi müsabiqəsi Qazaxıstan Respublikasının Nursultan şəhərində onlayn formatda keçirilib. Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin ikinci sinif şagirdləri Esma Soylu 1-ci dərəcəli, Dərya Səmədli isə 2-ci dərəcəli laureat adlarını qazanıblar.
Şagirdləri müsabiqəyə müəllimləri İradə Qədirli hazırlayıb.