Sumqayıtlı gənc universitetlərin birində dekan müavini vəzifəsinə təyin edilib. Sumqayıt24 bu haqda bu gün, 31 mart tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Məlumata əsasən, Daşqın Məhəmmədli Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsini icra edəcək. Daha öncə o, həmin kafedrada müəllim vəzifəsində çalışıb.