Sumqayıtda “Bazardüzü zirvəsinin fatehləri” adlı görüş baş tutub. Bu haqda bu gün, 25 yanvar tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi məlumat yayıb.
Görüşdə Azərbaycanın məşhur alpinistləri, Dövlət Turizm Agentliyinin Şəki-Zaqatala regionundakı yeganə peşəkar dağ bələdçiləri Müşfiq Səmədli və Fərid Mustafayev iştirak ediblər.
İştirakçılara “Bazardüzü - Azərbaycanın zirvəsi” filmi təqdim olunub. Qonaqlar Bazardüzü zirvəsinə qalxarkən çəkdikləri çətinliklərdən danışıb, yaşadıqları təəssüratları gənclərlə bölüşüblər.