Sumqayıtlı gənc ABŞ-ın həyata keçirdiyi tədris proqramının qalibi olub. Bu haqda bu gün, 4 iyul tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə (GİKM) istinadən xəbər veririk.
GİKM-in könüllüsü olan 17 yaşlı Rəşid Cəfərov “FLEX- Gələcəyin liderlərinin mübadiləsi” proqramının bu il seçilən 20 nəfər qalibin arasındadır.
Rəşid, həmçinin Avropanın bir sıra nüfuzlu universitetlərindən bakalavr təhsili üzrə qəbul alıb. Universitetlər arasında Çexiyanın “Charles”, Türkiyənin “9 Eylül”, “Koç” universitetləri də yer alır.