Corat qəsəbəsindən olan avanqard rəssamın fərdi sərgisinin açılışı olub. Sumqayıt24 bu haqda bu gün, 6 iyun tarixində 1news.az-a istinadən xəbər verir.
Sahib Yaqubovun “The White Room” adlı sərgisi “Mincə Sənət” İncəsənət Qalereyasında nümayiş olunur. İştirakçılar gənc rəssamın əsərlərindəki ifadəli abstraksiyanı, dünyaya müasir baxışını, konformizm, Avropa konseptual üslubları, həm də milli lirik motivlərin mövcud olduğunu qeyd edib.
Yaqubov bir çox satış sərgilərinin iştirakçısı, Lüksemburq, Brüssel, Pekin, Paris, Dubay, Moskvada keçirilən çoxsaylı yerli və beynəlxalq müsabiqələrin laureatıdır. Onun əsərləri Türkiyə, ABŞ, Kanada, Rusiya və Belarusda şəxsi kolleksiyalarda saxlanılır.
Qeyd edək ki, sərgi iyulun 4-dək davam edəcək.