Sumqayıt gəncləri “Karyera Marafonu 2022” layihəsinin növbəti görüşünə qatılıblar. Sumqayıt24 bu haqda 9 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Budəfəki marafon Quba şəhərində təşkil olunub. Burada karyera sərgisi, işə qəbul mütəxəssisləri ilə konsultasiya, açıq havada "Öz daxili potensialımızı necə kəşf edə bilərik?", "Məsafədən satış", "Kapital bank tarixçəsi və karyera imkanları" mövzularında seminarlar təşkil edilib.
Daha sonra mütəxəssislər gənclərin suallarını cavablandırıblar, “Kapital Bank”da olan aktiv vakansiyalar üçün iştirakçıların CV-ləri qəbul olunub. Həmçinin simulyasiyalarda və təlim müddətində aktivlik göstərənlərə hədiyyələr təqdim olunub.