Sağlam Düşüncə Gənclər Təşkilatı (SDGT) və Sumqayıt Gənclər Evi ingilis dilində danışıq klubu yaradır. Bu haqda 12 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Klub SDGT-də Avropa Həmrəylik Korpusu çərçivəsində 1 illik könüllülük xidmətinə başlamış Almaniyadan olan Riçard Araz tərəfindən moderasiya olunacaq. Danışıq klubunun qapıları hər kəsə açıqdır. Qeydiyyat mütləqdir: https://forms.gle/ZNsdU3i4vG6sgHpV9.
Qeydiyyatdan sonra dil səviyyənizə – başlanğıc və ya orta səviyyəyə uyğun olaraq qruplar yaradılacaq.
Vaxt və tarix: həftədə 1 dəfə 1 saat.
Ünvan: Sumqayıt Gənclər Evi.
Son qeydiyyat günü: 20 oktyabr.