S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin 3-cü sinif şagirdinin konserti keçirilib. Bu haqda bu gün, 18 aprel tarixində məktəbin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, gənc fortepianoçu Nigar Mustafayeva konsertdə Ə.Mustafazadənin "Qəribə əhval", S.Raxmaninovun "İtalyan polkası", F.Sücəddinovun "Vətən balladası", T.Quliyevin "Bakı haqqında ballada", klarnetdə Rauf Məmmədovun müşayiəti ilə T.Quliyevin "Zibeydə", tarda İlqar Əzizlinin müşayiəti ilə E.İbrahimovanın "Sən yadıma düşəndə", skripkaçıların müşayiəti ilə L.Bonfanın "Qara orfey" və sairə əsərlər səsləndirib.
Tədbirdə Musiqi Kollecinin direktoru və müəllimləri iştirak ediblər.