31 nömrəli məktəbin ibtidai sinif şagirdi Fatimə Mirzəliyevə eksternat təhsil üsulu ilə bir tədris ilində iki sinifi bitirəcək. Sumqayıt24 bu haqda məktəbin Facebook səhifəsinə istinadən xəbər verir.
Belə ki, 3-cü sinifdə oxuyan Fatimə 3 mərhələdən ibarət prosesdə bütün imtahanlardan müvəffəqiyyətlə keçib. Bu səbəbdən o, 2-ci yarımildən təhsilini 4-cü sinifdə davam etdirməyə başlayıb.