Avropa və beynəlxalq turnirlərin qalib və mükafatçıları İOEUGİŞM-nin direktoru ilə görüşüblər. Bu haqda bu gün, 23 iyun tarixində məktəbə istinadən xəbər veririk.
İOEUGİŞM-nin direktoru Fuad Aslanov Avropa çempionatının 2-cisi Elvin İbadovu, boks üzrə gənclər arasında Beynəlxalq turnirin qalibləri Kənan və Kamil Babayevləri, taekvondo üzrə yeniyetmə və gənclər arasında Beynəlxalq turnirin qalibi Gülü Zamanovanı, həmin turnirin 2-cisi Əbdülsübhan Dadaşovu və 3-sü Adil Eyvazovu qəbul edib.