Sumqayıtlı kadr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəyə təyin olunub. Sumqayıt24 bu haqda, bu gün 2 mart tarixində APA-ya istinadən xəbər verir.
Məlumata görə, Vəli Quliyev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
Quliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2007-ci ildən bank-maliyyyə sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.