top
Sumqayıtlı kapitan Tarix yazanlar layihəsinin qonağı olub
03 noyabr 2022, 03:30
- ↺ +

Sumqayıtlı kapitan "Tarix yazanlar" layihəsinin qonağı olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Tarix yazanlar" layihəsinin buraxılışı kapitan Vüsal Şabanova həsr edilib. Sumqayıt24 bu haqda 3 noyabr tarixində Azxeber.com-a istinadən xəbər verir.

Vüsal Şabanov 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Daha sonra isə leytenant rütbəsi ilə ön cəbhəyə xidmətə yollanıb.

O, Aprel döyüşlərində və Vətən müharibəsində savaşıb. Ağdərə istiqamətində düşmənin basdırdığı minaya düşüb. Sol ayağının 1/3 hissəsini itirdiyi üçün protezlə təmin olunub.

Kapitan bildirir ki, ordumuzun döyüş qabiliyyəti Ermənistan ordusundan hər zaman üstün olub. Təxribata əl atan düşmən ordusunun cavabı layiqincə verildi: “Şəhidlərimizin olması, şəxsi heyətdən olan itkilər komandir kimi mənə də pis təsir edirdi. Döyüş yoldaşını itirdiyi üçün insan sarsılırdı. Ancaq işğal altında olan torpaqları azad etdikcə, balanslaşdırılmış bir əhvali-ruhiyyə yaranırdı.

“Kimin itkisi sizə daha çox təsir etdi?” sualına isə o, belə cavab verib:

“Bütün döyüş yoldaşlarımızın itkisi mənim üçün ağırdır. Onların hansı şəraitdə və necə şəhid olmaqlarını deyə bilmirəm, dilimə gətirə bilmirəm. İstəməzdim onları itirim. Sizinlə danışdıqca həmin səhnələr gözümün önündə canlanır”.

Qazimiz prezident İlham Əliyev tərəfindən mənzil və avtomobillə mükafatlandırılıb. Mənzil təqdim olunan zaman Prezident onun ayağı, protezin rahat olub-olmaması ilə maraqlanıb.

Qeyd edək ki, hazırda Vüsal Şabanov rahat şəkildə idman edir, futbol oynayır. Məşğulluq marafonu çərçivəsində özəl şirkətlərin birində işlə də təmin edilib.

"Tarix yazanlar" layihəsi QHT-yə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Gənclərin Sosial İqtisadi İnkişafına Yardım” İB tərəfindən həyata keçirilir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər