Milli Karate Federasiyasının rəhbərliyi tərəfindən cari ildə yüksək nəticə göstərmiş idmançılara mükafat verilib. Mükafatçıların arasında Olimpiya ikincisi sumqayıtlı Rafael Ağayev də yer alıb.
Federasiyanın rəsmi saytına istinadən xəbər veririk ki, Ağayevə və bir neçə digər karateçimizə pul mükafatları təqdim edilib.
Federasiyanın prezidenti Yaşar Bəşirov çıxışında, 2021-ci ilin ən uğurlu illərdən biri olduğunu, idmançılarımızın bu mövsüm ərzində iki Avropa və bir dünya çempionatında, Tokio Olimpiadasında və digər nüfuzlu yarışlarda medallar qazandıqlarını qeyd edib.
Qeyd edək ki, 2021-ci ildə karateçilərimiz ümumilikdə 89 qızıl, 118 gümüş və 112 bürünc medal qazanıblar.