Sumqayıt şəhər uşaq incəsənət məktəbinin şagirdi beynəlxalq arenada uğur qazanıb. Sumqayıt24 bu haqda bu gün, 29 mart tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Səid Rüstəmov adına 3 nömrəli məktəbin skripka şöbəsinin 1-ci sinif şagirdi Zəhra Əlimətova Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “Vremena qoda - Vesna” 1-ci beynəlxalq incəsənət müsabiqəsində iştirak edib. Nəticədə o, 1-ci dərəcəli Laureat adını qazanıb və diploma layiq görülüb.
Zəhranı müsabiqəyə müəllimi Violetta Həsənəlizadə hazırlayıb.