Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri “Adət-ənənələrimiz fotolarda” adlı estafetə qoşulublar. Bu haqda bu gün, 15 mart tarixində Facebook sosial şəbəkəsində məlumat yayılıb.
Estafet “Novruz adət-ənənələri”ni nümayiş etdirmək məqsədilə təşkil edilib. Tədbir “ASAN Könüllüləri” Təşkilatının Şamaxı regional "ASAN xidmət" mərkəzinin nümayəndəliyi tərəfindən hazırlanıb.
Könüllülər Novruz bayramının simvollarından olan üzük falı, şam falı və yumurta boyamaq adət-ənənələrini yerinə yetirib. Estafet Bərdə regional “ASAN xidmət” mərkəzi nümayəndələrinə ötürülür.