Sumqayıtlı məktəblilər gənc oxucuların beynəlxalq müsabiqəsində iştirak ediblər. Bu haqda bu gün, 1 mart tarixində Rus evi öz Facebook hesabında məlumat yayıb.
Müsabiqənin regional mərhələsi şəhərin “Poeziya evi”ndə keçirilib. “Canlı klassika” yarışmasına 5 şagird qatılıb. Afət Əsədova 80 bal toplayaraq 1-ci, Alsu Fərziyeva 79 balla 2-ci, Nuray Məhərrəmova isə 72 balla 3-cü yerə layiq görülüblər.
Qaliblər 12 və 13 mart tarixlərində Bakıdakı Rus evinin meydançasında keçiriləcək Azərbaycan finalının iştirakçısı olacaqlar.
Layihənin təşkilatçısı “Canlı klassika” fondu, respublika üzrə kuratoru isə Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır.