Sumqayıt uşaq musiqi məktəbinin şagirdləri “Divertisment” adlı Piano ifaçılarının 1-ci Beynəlxalq musiqi festivalında iştirak ediblər. Bu haqda bu gün, 17 mart tarixində Regional Mədəniyyət İdarəsi xəbər verib.
İqor Stravinskinin 140 illiyinə həsr olunan müsabiqə Qazaxıstanda onlayn formatda keçirilib. Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Nur Cəfərli öz yaş kateqoriyasında Laureat adını qazanaraq 1-ci yerə, İsmayıl Şahbazlı isə Diplomant adına layiq görülüb.
Şagirdləri festivala müəllimləri Gülbəniz Həsənova hazırlayıb.