11 nömrəli tam orta məktəbin müəllimi 2-ci dəfə qrantın qalibi olub. Bu haqda 27 iyul tarixində təhsil müəssisəsinə istinadən məlumat veririk.
Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsində ümumilikdə 845 təhsilverənlərin fərdi layihələri yer alıb. Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnarə Qurbanzadənin “Dinlə və öyrən” layihəsi 72,4 balla qalib seçilib. E.Qurbanzadə pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi istiqamətində Azərbaycan dili fənni üzrə V-XI siniflər üçün dinləmə mətnlərindən ibarət audiodiskli metodik vəsaitin hazırlanmasına və nəşr olunmasına rəhbərlik edəcək.