S. Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri mükafatlandırılıblar. Sumqayıt24 bu haqda 30 dekabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Məktəbin skripkaçılar ansamblı, skripka sinfinin şagirdləri: Yeganə Səfərli, Aydan Qurbanzadə, Ayan Abdullayeva, Mariya Vəlibəyova, Ayşən Hüseynova, Azər Quliyev, Nuray Məmmədova, fortepiano sinfinin şagirdi Nigar Mustafayeva II Beynəlxalq vokal-instrumental müsabiqəsində Qran-Pri mükafatına layiq görülüblər.
Qeyd edək ki, onlayn müsabiqə Qazaxıstanın Astana şəhərində keçirilib.