Sumqayıtlı şagirdlər rəsm müsabiqəsində iştirak ediblər. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Rəsm şöbəsinin müəllimləri Firuzə Rüstəmova, Səadət Şahbazova, Səbinə Həsənzadə və onların şagirdləri “Doğma diyar Azərbaycan” adlı respublika müsabiqəsinin yekun sərgisində sertifikatlara layiq görülüblər. Həmçinin məktəbə fəal iştirakına görə Təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, sərgilər Xətai Sənət Mərkəzində keçirilib.