top
Sumqayıtlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunub
Foto
27 oktyabr 2025, 19:15
- ↺ +

Sumqayıtlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün sumqayıtlı rejissor Mətləb Muxtarovun "Yaddaş sarayları" qısametrajlı sənədli filminin dünya premyerası baş tutub. 

Sumqayit24.az xəbər verir ki, premyera Çexiyanın Jihlava şəhərində Beynəlxalq Sənədli Film Festivalında keçirilib.

Rejissorun sözlərinə görə, film tamaşaçılar və kino tənqidçilər tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra rejissor filmin çəkiliş prosesi haqqında ətraflı məlumat verib və tamaşaçıların suallarını cavablandırıb.

"Yaddaş sarayları" 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir. Filmdə rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində "ilk xatirə"sinin axtarışına çıxır. Gəzintilər onu həmən xatirənin yarandığı yerə gətirir. Bu "ilk xatirə" körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır.

Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 90-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.
Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi "12/35" adlı sənədli filmi də bir sıra beynəlxalq festivallarda nümayiş edilib.

Xatırladaq ki, 1997-ci ildə Çexiyanın Ji-hlava şəhərində təşkil olunan festival sənədli film sahəsində dünyanın ən nüfuzlu festivallarından sayılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər