Sumqayıtlı şəhid Natiq Quliyevin doğum günüdür. O, 19 fevral 2001-ci ildə dünyaya göz açıb.
Qəhrəman şəhidimiz Vətən müharibəsi zamanı Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. O, 6 oktyabr tarixində Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Doğma Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Natiq Quliyev şəhid olandan sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.