Sumqayıtlı Tacəddin İsmayılzadənin şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.
24 yaşında şəhid olmuş Tacəddin, Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 9 oktyabr 2020-ci ildə ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Koma vəziyyətində 128 gün qalan İsmayılzadə 12 fevral 2021-ci ildə şəhid olub. 13 fevral tarixində isə Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.