Sumqayıtlı şagird “ANAMA-nın istehkamçı robotu qəhrəmanını yarat” Respublika rəsm müsabiqəsində uğur qazanıb.
Məlumata əsasən, 35 nömrəli məktəbin 4-cü sinif şagirdi olan Xumar İsmayıllı 225 şagirdin iştirak etdiyi müsabiqədə ilk onluğa düşüb. Məktəblimiz rəsm müəllimi Natəvan Nəzərovanın rəhbərliyi ilə buna nail olub.