Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 6-da keçirilən buraxılış imtahanlarının nəticələrini elan edib.
Sumqayit24.az xəbər verir ki, imtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Aytən Əsədova göstərib.
Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.