Sumqayıtlı məktəbli buraxılış imtahanında respublika üzrə ən yüksək bal yığıb. Bu haqda Sumqayıt24 xəbər verir.
Söhbət, İsmət Qayıbov adına 1 nömrəli məktəbin 9-cu sinif şagirdi İsfəndiyar İbrahimovdan gedir. O, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil pilləsi üzrə keçirilmiş imtahanda 296.6 bal toplayaraq Azərbaycan birincisi olub.