Sumqayıtlı şagird “Art Ensemble” İncəsənət Olimpiadasının qalibi olub. Bu haqda bu gün, 19 may tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Şəms Kamil qızı Muxtarova S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsinin 1-ci sinif şagirdidir. O, 1-ci yerə layiq görülərək medal və diplomla mükafatlandırılıb.
Olimpiada Bakı şəhərində baş tutub.