Sumqayıtlı məktəbli İngiltərədə keçirilən olimpiadada ölkəmizi layiqincə təmsil edib. Bu barədə 6 avqust tarixində Sumqayıt24 xəbər verir.
Belə ki, İsmət Qayıbov adına 1 nömrəli məktəbin 10-cu sinif şagirdi İsfəndiyar İbrahimov "Teeneagle“ şirkətinin Londonda təşkil etdiyi beynəlxalq ingilis dili olimpiadasına qatılıb. O, Azərbaycan məktəbləri arasında 3-ci yerə layiq görülüb.
Xatırladaq ki, İsfəndiyar buraxılış imtahanında respublika üzrə ən yüksək bal yığıb.