Sumqayıtlı şagirdlər “Nə? Harada? Nə zaman?” intellektual yarışda uğur qazanıblar. Bu haqda 23 nömrəli məktəbin Facebook səhifəsinə istinadən xəbər veririk.
Ardıcıl olaraq hər həftə keçirilən bu yarışda ölkə üzrə 100-dən çox komanda iştirak edib. Bir ay davam edən yarışın sonunda bütün xallar hesablanıb və 6-9-cu sinif şagirdlərimizdən ibarət “Pilot” komandası 5-ci yeri tutub.