Sumqayıtlı şagirdlər Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər. Sumqayıt24 bu haqda bu gün, 19 mart tarixində Təhsil Portalına istinadən xəbər verir.
Tədbirdə, həmçinin Bakı və Xırdalan şəhərlərini təmsil edən ümumilikdə 9 məktəbin şagirdləri iştirak edib. Mərasimdə “STEM təhsilində oxumağa imkan yaratmaq nə üçün vacibdir?”, “Elektronika, layihələndirilmə və proqramlaşdırma”, “Mühəndislik dizaynı” mövzularında təqdimat keçirilib. Tədbirin sonunda layihə çərçivəsində təlimlərdə iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib.
Təlimlər UNESCO-nun dəstəyi ilə keçirilib.