3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Qazaxıstanda keçirilən müsabiqədə yüksək nailiyyət əldə ediblər. Bu haqda bu gün, 10 fevral tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi xəbər yayıb.
Məlumata əsasən, S.Rüstəmov adına məktəbin fortepiano şöbəsinin şagirdləri Sevinc Atakişiyeva, Məryəm Əliyeva, Ləman Əlizadə və Fidan Balamiyeva müsabiqədə 2-ci dərəcəli laureat adını qazanıblar. Beynəlxalq vokal-instrumental yarışma onlayn formatda keçirilib.
Şagirdləri müsabiqəyə müəllimləri Natavan Sadıqova hazırlayıb.