“Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq. Sumqayıt şəhər 1 nömrəli UGİM və C. Cabbarlı adına Mədəniyyət evi müsabiqəyə hər biri ən azı 3 əsər təqdim ediblər. Bu haqda Bakı Xətai Sənət Mərkəzinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin birgə təşkil etdiyi müsabiqəyə 250-dən çox ünvandan, 1000-dən çox nümunələr təqdim olunub.
Məktəb, lisey və dərnəklər müsabiqədə fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif olunacaqlar.
Adı siyahıda qeyd olunan iştirakçılar əsərlərini 8 mart tarixindən Xətai Sənət Mərkəzinin 2-ci mərtəbəsinə təqdim etməlidirlər. Təqdim olunan əsərlər 11 mart 2022-ci il tarixindən başlayaraq növbəli şəkildə nümayiş olunacaq. Sərgidən seçilmiş 50-yə yaxın əsərin Bakı Dövlət Sirkinin foyesində nümayiş olunması, onların müəlliflərinin isə sirk tamaşasına baxması planlaşdırılır. Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat veriləcək.
Əlavə məlumatlar Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi,instagram-@xetaisenetmerkezi) və Dövlət Rəsm Qalereyası sosial media hesabları (facebook-ADRQalereya.az, [email protected]), həmçinin qalereyanın internet saytı (www.azgallery.az) vasitəsilə yayımlanacaq.
Əsəri sərgilənəcək iştirakçıların siyahısı ilə linki açmaqla tanış olmaq mümkündür.