Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri nailiyyətləri ilə seçiliblər. Sumqayıt24 bu haqda 17 noyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Beynəlxalq çoxjanrlı "Astana Grand Prix" müsabiqəsi Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib. “Fortepiano” nominasiyası üzrə 5-ci sinif şagirdi Aydan Əliyeva və 3-cü sinif şagirdi Aysel Hacıyeva II yeri tutublar. Həmçinin 1-ci sinif şagirdi Leyla Həşimzadə, 2-ci sinif şagirdi Nur Cəfərli və 4-cü sinif şagirdi İsmayıl Şahbazlı “Fortepiano-ansambl” nominasiyası üzrə II yerə layiq görülüblər.
Şagirdlərin müəllimi Gülbəniz Həsənova isə təşəkkürnamə ilə təltif edilib.