Sumqayıtda təhsil alan 5 şagird respublika fənn olimpiadasında yüksək yer tutub. Sumqayıt24 bu haqda Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Müsabiqə Azərbaycan dili, tarix və coğrafiya fənləri üzrə təşkil olunub. Nəticələrə görə, şəhərimizi təmsil edən məktəblilərdən Azərbaycan dili üzrə 1 nəfər 1-ci, 2 nəfər 2-ci, 1 nəfər isə 3-cü yerə layiq görülüblər. Tarix fənni üzrə isə 1 nəfər 2-ci yerin sahibi olub.