Vətən müharibəsi şəhidi Zaur Mədətovun mövlud günüdür. O, 16 noyabr 1999-cu ildə Sumqayıt şəhərində anadan olub.
Uzun müddət cüdo ilə məşğul olan Zaur ölkədaxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. O, 2020-ci ildə baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabrda müharibəyə yollanıb.
Cəbrayılın və Füzulinin azadlığı uğrunda savaşan gənc oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhadətə yüksəlib. Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.