Sumqayıtlı şəhid Ruslan İmanquliyevin mövlud günüdür. O, 14 mart 1996-cı ildə dünyaya gözlərini açıb.
Ruslan 2019-cu ildən etibarən Pirəköşkül qəsəbəsində N saylı hərbi hissədə komandir vəzifəsində MAHHXH qulluqçusu kimi işləməyə başlamışdı. Vətən müharibəsi zamanı ilk gündən ön cəbhədə vuruşub və 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhadətə ucalıb.
Qəhrəman şəhidimiz ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.