Şəhid Sərxan Əliyevin doğum günüdür. O, 16 yanvar 1998-ci ildə Sumqayıt şəhərində anadan olub.
Sərxan Əliyev Vətən müharibəsinə könüllü qatılıb və igidliyi, şücaəti ilə seçilib. Oktyabrın 9-da Füzuli rayonunun Horadiz kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
O, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.