Bu gün beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarovun doğum günüdür. O, 12 aprel 1985-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Dəfələrlə müxtəlif turnirlərdən qələbə ilə ayrılan “Şah”, həm də 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.
Sumqayıtlı Məmmədyarov 2017-ci ilin may ayında şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şəxs olub.
Sumqayıt24 tanınmış şahmatçımıza uğurlar arzu edir!