Sumqayıtlı tələbələrin əl işi olan “e-VECar” adlı elektrik avtomobili yarışda nümayiş olunacaq. Sumqayıt24 bu haqda 7 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Avtomobil Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “BVT” adlı komandası tərəfindən hazırlanıb. Həmin komanda, “Teknofest Liseler arası Efficiency Challenge Elektrikli Araç Yarışı”-nın 23-24 iyul tarixlərində keçiriləcək final yarışına iştirak hüququ qazanıb.