Zəlzələ qurbanı olan Sumqayıtlı tələbələrin cənazələrinin ölkəyə gətirilməsi üçün hazırlıqlara başlanılıb. Sumqayıt24 bu haqda 15 fevral tarixində Report.az-a istinadən xəbər verir.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə: "Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub".
Daha öncə Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cəsədlərinin dağıntılar altından çıxarıldığı haqda məlumat vermişdik.