Sumqayıtlı gənc təlimini bu dəfə Salyanda keçirib. Sumqayıt24 bu haqda 26 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin əməkdaşı olan Ləman Muradi “Analitik təfəkkür və yaradıcı düşüncə” mövzusunda çıxış edib. O, “Analitik düşüncə”, “Sosiallaşma və əhəmiyyəti”, “Şəxsi və karyera həyatında analitik düşüncənin əhəmiyyəti”, “Cəmiyyətin və müəssisələrdə işəgötürənin önəm verdiyi dəyərlər”, “Açıq fikirlilik”, “Mübahisələrin həlli”, “Koordinasiya etmək və kommunikasiya bacarıqları”, “Üzərimizə düşən öhdəliklər” və “Gedişat boyu öhdəliklərin tənzimlənməsi” barədə ətraflı məlumat verib.
Daha sonra, gənclər müxtəlif “enercayzerlər” edib və kreativ düşüncənin inkişaf etdirilməsi üçün qrup işi görüblər.