top
Sumqayıtlı uşaqların sevimli klounu Kamal
21 iyun 2025, 03:43
- ↺ +

Sumqayıtlı uşaqların sevimli klounu Kamal

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Peşəkar kloun, aktyor Kamal Sayılov illərdir ki, Sumqayıtda və müxtəlif bölgələrdə uşaqlar üçün sevincli anlar, rəngarəng şənliklər və unudulmaz əyləncələr bəxş edir.

Zarafatları ilə güldürən, səhnədəki enerjisi ilə valeh edən Kamal bəy, kloun sənətini sadəcə əyləncə vasitəsi kimi deyil, həm də uşaqlarla emosional bağ qurma yolu kimi görür.

Xeberle.com-un əməkdaşı onunla kloun peşəsinə gəlişindən tutmuş gündəlik fəaliyyətinə, gələcək planlarından cəmiyyətin bu peşəyə münasibətinə qədər bir çox maraqlı mövzu ətrafında söhbət edib.

- Kloun peşəsinə necə başladınız? Bu sahəyə gəlməyinizin hekayəsi necə oldu?

Uşaqlıqdan insanları güldürmək, ətrafıma pozitiv enerji vermək mənim üçün təbii bir ehtiyac idi. Bu sənətə dostumun təkidi ilə gəldim və uşaqların reaksiyasını gördükdən sonra bu işin mənə nə qədər yaraşdığını anladım. Oradan başladı hər şey. Sonra bu sahədə özümü inkişaf etdirdim, təlimlərə qatıldım və artıq neçə ildir ki, bu sənətlə peşəkar şəkildə məşğulam.

-Sumqayıtda kloun kimi fəaliyyət göstərmək nə dərəcədə çətindir və ya maraqlıdır?

Sumqayıt sürətlə inkişaf edən, eyni zamanda mədəni həyata da maraq göstərilən bir şəhərdir. Amma kloun sənəti hələ tam şəkildə cəmiyyətə oturuşmayıb. Bəzən bu peşəyə ciddi yanaşılmır, amma uşaqlarla birbaşa işlədikcə görürsən ki, bu işin nə qədər önəmli və dəyərli olduğunu ailələr də anlamağa başlayır. Maraqlıdır, çünki hər tədbir bir təcrübədir, hər uşaq bir dünyadır.

- Daha çox hansı tədbirlərə dəvət olunursunuz? (Uşaq ad günləri, korporativlər, xeyriyyə tədbirləri və s.)

Əsasən uşaq ad günlərinə dəvət olunuram, çünki bu sahədə tələbat daha çoxdur. Amma eyni zamanda məktəb tədbirləri, xeyriyyə layihələri və bəzən də ailə korporativləri üçün kloun proqramları hazırlayıram. Xeyriyyə tədbirləri isə mənim üçün xüsusi yer tutur. Çünki bu zaman insanlara təmənnasız sevinc bəxş edirsən.

- Tamaşaçılarla ünsiyyət qurmaqda hansı metodlardan istifadə edirsiniz?

Tamaşaçını güldürməkdən öncə onunla emosional bağ qurmaq vacibdir. Mimika, jestlər, səs tembri və göz təması çox önəmlidir. Bəzən bir baxış və ya səssiz bir hərəkət belə gülüş yarada bilir. Uşaqların dilini anlamaq, onların enerjisinə uyğunlaşmaq əsas metodumdur. İnteraktiv oyunlar, sual-cavablar və sürpriz elementlər də proqramlarımda olur.

- Hazırlıqlarınıza nə qədər vaxt sərf edirsiniz? (kostyum, rekvizitlər, ssenari və s.)

Tədbirdən öncə adətən 15 dəqiqə hazırlığa sərf edirəm. Kostyumların təmizliyi, düzümü, rekvizitlərin tamlığı və təhlükəsizliyi yoxlanılır. Hər tədbir üçün ssenari tam eyni olmur – tədbirin mövzusuna və yaş qrupuna uyğun adaptasiya edirəm. Bu iş yaradıcı yanaşma tələb edir.

- Kloun olmaq üçün hansı bacarıqlar əsasdır? (Məsələn: mimika, zarafat qurmaq, səhnə cəsarəti)

Birinci növbədə səhnə cəsarəti və özünəinam. Sonra mimika, bədən dili, improvizasiya bacarığı və uşaq psixologiyasını anlamaq gəlir. Zarafatlar yalnız gülməli yox, eyni zamanda uyğun və zərif olmalıdır. Bəzən səssizlik və sadə bir baxış belə insanlarda gülüş doğura bilir – bu isə ustalıq istəyir.

- Uşaq auditoriyası ilə işləmək necədir? Heç çətinliklə üzləşmisiniz?

Uşaq auditoriyası çox səmimi və bir o qədər də tələbkardır. Onlar yalanı dərhal hiss edirlər. Bu baxımdan çətin olsa da, ən dürüst auditoriyadır. Bəzən çox aktiv və ya çətin xarakterli uşaqlarla qarşılaşıram, amma təcrübə ilə hər vəziyyəti yumşaltmağın yollarını tapıram.

- Gələcəkdə bu sahədə hansı planlarınız var? Öz teatrınızı açmaq və ya başqa layihələriniz varmı?

Bəli, gələcəkdə uşaqlar üçün xüsusi bir teatr studiyası açmaq istəyirəm. Burada kloun sənəti ilə yanaşı digər səhnə növləri də öyrədiləcək. Eyni zamanda regionlarda gəzici uşaq tamaşaları təşkil etmək də planlarım arasındadır. Bu sahədə həm maarifləndirici, həm də əyləncəli layihələr yaratmaq istəyirəm.

- Heç kloun olmaq istəmədiyiniz anlar olubmu?

Dürüst desəm, bəzən fiziki və emosional yorğunluq olur. Amma səhnəyə çıxanda və bir uşağın təbəssümünü görəndə bütün yorğunluq yox olur. Həyatda hər peşədə belə anlar olur, amma bu işin verdiyi enerji və sevgi o hissləri tez unutturur.

- Cəmiyyətin kloun sənətinə baxışı ilə bağlı nə düşünürsünüz?

Hələ də bəzi insanlar bu peşəyə yuxarıdan aşağı baxırlar. Amma əslində kloun olmaq ciddi sənətdir – psixoloji hazırlıq, səhnə texnikası və yaradıcı bacarıq tələb edir. Düşünürəm ki, zamanla insanlar bu sənətin cəmiyyətə nə qədər pozitiv təsir göstərdiyini daha yaxşı anlayacaqlar.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər