Sumqayıtlı boksçu erməni rəqibini üstələyərək Avropa çempionu olub.
Sumqayit24.az xəbər verir ki, yeniyetmələr arasında yarış Serbiyanın Novi Pazar şəhərində keçirilib. Sumqayıt şəhər 15 nömrəli məktəbin 11-ci sinif şagirdi Əminə Tağı (50 kq) finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.
Qeyd edək ki, daha bir sumqayıtlı idmançı Cəmilə Muradlı (52 kq) isə gümüç medal qazanıb.