Sumqayıtlı yazıçı Samir İmanov "Qarabağ" futbol klubunun idmançıları ilə görüş keçirib. Bu haqda bu gün, 18 yanvar tarixində sosial şəbəkələrdə məlumat yayılıb.
Görüş zamanı yazar kitablardan birini Qurban Qurbanova hədiyyə edib. Imanov idmançılarla həmsöbət olub, onlarla xatirə şəkilləri çəkdirib. Sonda yazıçıya xatirə olaraq klubun 50 nömrəli forması hədiyyə edilib.
Samir İmanov 1981-ci il 27 avqust tarixində Sumqayıt şəhərində anadan olub. "Serebral İflic" xəstəliyindən əziyyət çəkir və 1-ci qrup əlildir. O, "Sumqayıt şəhər Evdə Təhsil" məktəbində təhsil alıb. İmanov Azərbaycanda əlillik mövzusunda silsilə kitablar yazan ilk yazardır. O, "Hədəfdəki insan", "Mənim hədəfim", "Özünlə fəxr et" və "Zəif əzələ güclü iradə" kitablarının müəllifidir.